Qurcaani təcridxanasında bir nəfər ölüb
Qurcanı polisinin təcridxanasında bir nəfər ölüb.

“Mtavari” kanalının məlumatına görə, hadisə dekabrın 3-də, saxlanılan şəxsin məhkəməsi başlamazdan əvvəl baş verib.

İddialara görə, 41 yaşlı kişi epilepsiya tutması keçirib və həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı Dövlət Müfəttişliyi tərəfindən araşdırma aparılır.

Məlumat üçün bildirək ki, həmin şəxs ailə zorakılığı ittihamı ilə həbs olunmuşdu.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google