Heydər Əliyev Gürcüstan-Azərbaycan münasibətlərinə böyük töhfə verib – Arçil Talakvadze
"Heydər Əliyev Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə böyük töhfə verib".

Bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki dost ölkə arasında münasibətlər bu məcrada bu gün də davam edir.

Vitse-spiker Tbilisidə Heydər Əliyevə həsr olunan fotosərgidə iştirakdan böyük məmnunluq ifadə edib.

Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi öz növbəsində jurnalistlərə açıqlamasında Heydər Əliyevin Gürcüstana xüsusi dost münasibət bəslədiyini deyib. XİN rəsmisi qeyd edib ki, H.Əliyevin hakimiyyəti dövründə Gürcüstanla Azərbaycan arasında möhkəm münasibətlərin əsası qoyulub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google