Birləşmiş Ərəb Əmirliklərində dövlət sektoru üçün Yeni il iş
həftəsi bazar ertəsindən cümə günü günortaya kimi davam edəcək.
Məlumatı ölkə hökuməti yayıb.
Daha dəqiq desək, dəyişikliyə əsasən, bazar ertəsindən cümə
axşamına kimi iş günü 8 saat - saat 07.30-dan 15.30-a kimi davam
edəcək. Cümə günü iş günü 4.5 saat - 07.30-dan 12.00-dək
olacaq.
Bundan əlavə, cümə günü məsafədən işləmək və çevik qrafik seçmək
imkanı olacaq.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
BƏƏ hökuməti əmindir ki, daha uzun həftə sonları dövlət sektoru
işçilərinin məhsuldarlığını artıracaq və iş və şəxsi həyat arasında
tarazlığı yaxşılaşdıracaq.