Birləşmiş Ərəb Əmirlikləri iş həftəsinin müddətində dəyişiklik edir
Birləşmiş Ərəb Əmirliklərində dövlət sektoru üçün Yeni il iş həftəsi bazar ertəsindən cümə günü günortaya kimi davam edəcək. Məlumatı ölkə hökuməti yayıb.

Daha dəqiq desək, dəyişikliyə əsasən, bazar ertəsindən cümə axşamına kimi iş günü 8 saat - saat 07.30-dan 15.30-a kimi davam edəcək. Cümə günü iş günü 4.5 saat - 07.30-dan 12.00-dək olacaq.

Bundan əlavə, cümə günü məsafədən işləmək və çevik qrafik seçmək imkanı olacaq.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

BƏƏ hökuməti əmindir ki, daha uzun həftə sonları dövlət sektoru işçilərinin məhsuldarlığını artıracaq və iş və şəxsi həyat arasında tarazlığı yaxşılaşdıracaq.

Mənbə: report.ge
Print