Gürcüstanla Azərbaycan arasında möhkəm münasibətlər davam edir – Vladimir Konstantinidi
"Heydər Əliyev Gürcüstanın böyük dostu
idi".
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici
işlər nazirinin müavini Vladimir Konstantinidi Tbilisidə Heydər
Əliyevə həsr olunan fotorərginin açılış mərasimində çıxışı zamanı
deyib.
O vurğulayıb ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi
kimi tarixə düşüb: "Məhz onun hakimiyyəti dövründə
Azərbaycanla Gürcüstan arasında möhkəm münasibətlər quruldu və bu
sıx əlaqələr bu gün də davam edir".
Sərgidə iştirakdan şərəf duyduğunu qeyd edən XİN rəsmisi çıxışının
sonunda Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.