Səhiyyə Nazirliyi koronavirusa qarşı peyvənd və gücləndirici
dozanın qəbul edilməsinin müddətinin qısaldılması haqqında məlumat
yayıb.
“Gürcüstanda gücləndirici dozanın qəbul edilməsi
müddəti qısaldılıb.
Pfizer vaksinləri ilə peyvənd olunanlar üçün gücləndirici dozalar
ilkin peyvənd kursunun bitməsindən ən azı 5 ay sonra, ikinci
dozanın verildiyi tarixdən etibarən hesablanaraq vurulmalıdır.
COVID 19-a qarşı təsirsizləşdirilmiş peyvəndlərlə (Sinovac,
Sinopharm) peyvənd edilmiş şəxslər üçün peyvəndin ilkin kursunun
başlamasından ən azı 3 ay sonra gücləndirici doza verilməlidir.
Peyvənd olunmaq üçün onlayn portalda, eləcə də koronavirusa qarşı
peyvənd prosesində iştirak edən tibb müəssisələrində yerləri
əvvəlcədən bron etmək olar.
COVID 19 peyvəndi ilə bağlı qeydiyyat məsləhətləri üçün 144-3 və 15
22 nömrələrinə zəng edə bilərsiniz.
COVID-19-a qarşı peyvənd infeksiyadan qorunmağın effektiv və
təhlükəsiz üsuludur!", - yayılan məlumatda
bildirilir.