Səhiyyə Nazirliyi məlumat yayıb
Səhiyyə Nazirliyi koronavirusa qarşı peyvənd və gücləndirici dozanın qəbul edilməsinin müddətinin qısaldılması haqqında məlumat yayıb.

“Gürcüstanda gücləndirici dozanın qəbul edilməsi müddəti qısaldılıb.

Pfizer vaksinləri ilə peyvənd olunanlar üçün gücləndirici dozalar ilkin peyvənd kursunun bitməsindən ən azı 5 ay sonra, ikinci dozanın verildiyi tarixdən etibarən hesablanaraq vurulmalıdır.

COVID 19-a qarşı təsirsizləşdirilmiş peyvəndlərlə (Sinovac, Sinopharm) peyvənd edilmiş şəxslər üçün peyvəndin ilkin kursunun başlamasından ən azı 3 ay sonra gücləndirici doza verilməlidir.

Peyvənd olunmaq üçün onlayn portalda, eləcə də koronavirusa qarşı peyvənd prosesində iştirak edən tibb müəssisələrində yerləri əvvəlcədən bron etmək olar.

COVID 19 peyvəndi ilə bağlı qeydiyyat məsləhətləri üçün 144-3 və 15 22 nömrələrinə zəng edə bilərsiniz.

COVID-19-a qarşı peyvənd infeksiyadan qorunmağın effektiv və təhlükəsiz üsuludur!",
- yayılan məlumatda bildirilir.

Mənbə: report.ge
Print