COVID-19 ən çox kişilərdən yayılır
Tədqiqatçılar təsadüfən aşkar ediblər ki, COVID-19-u qadınlar və uşaqlardan daha çox kişilər yayır. Bu barədə “Futurism” elmi nəşri yazır.

Alimlər həmçinin müəyyən ediblər ki, yüksək səslə oxumaq koronavirus hissəciklərini ucadan danışmaqdan daha çox dağıtmağa kömək edir.

Nəşrin məlumatına görə, tədqiqatın məqsədi koronavirusun səhnə sənətləri ilə bağlı hadisələr vasitəsilə ötürülməsini qiymətləndirmək olub.

Elm adamları tədqiqatda 75 iştirakçının buraxdığı hissəciklərin sayını ölçüblər və kişi subyektlərin qadınlar və uşaqlardan daha çox hissəciklər buraxdığını aşkar ediblər.

Bunu izah etmək çox asandır - yetkin kişilərin ağciyərləri qadınların və uşaqların ağciyərlərindən daha böyükdür.

Alimlər həmçinin yüksək səslə danışan və ya oxuyan insanların daha çox hissəciklər yaydığını müşahidə ediblər.

Mənbə: report.ge
Print Email
FaceBook Twitter Google