Gürcüstan iqtisadiyyatı gələn il 6 faizədək artacaq. Ölkə
iqtisadiyyatının ümumi həcmi 65 milyard lari olacaq.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib.
Onun sözlərinə görə, gələn il büdcə kəsiri 4,2 faiz olacaq.
Gürcüstanın dövlət borcu isə ümumi daxili məhsulun 51,1 faizinə
qədər azalacaq.
Bildirilib ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə,
Gürcüstanın dövlət borcu 2020-ci ildə ÜDM-in 58,66 faizini təşkil
edib, 2021-ci ildə isə 60 faizdən çox olub.
Gələn il dövlət borcunun ödənilməsinə 5,9 milyard lari və ÜDM-in
9,1 faizi yönəldiləcək.
Mənbə: azertac.az