1995-1999-cu illərdə buraxılmış lari əskinaslarının tədavül müddəti dekabrın 31-də başa çatır
Gürcüstan Milli Bankının məlumatına görə, 1995 və 1999-cu illərin bütün lari nominallı əskinaslarının ödəniş vasitəsi kimi istifadə müddəti 2021-ci ilin sonunda başa çatır.

2022-ci il yanvarın 1-dən 1995-1999-cu illərin bütün lari nominallı əskinaslarının dəyişdirilməsi yalnız Gürcüstan Milli Bankının kassa mərkəzində mümkün olacaq [Tbilisi, Kaxeti şossesi № 72].

“Müvafiq olaraq, 31 dekabr 2021-ci il tarixindən etibarən bütün hüquqi və fiziki şəxslərdən 1995-1999-cu il buraxılışının bütün nominallı əskinaslarından (onlar Gürcüstanın Milli Bankın İdarə Heyəti Şurasının 27 iyun 2011-ci il tarixli 4 saylı Qərarı ilə təsdiq edilmiş lari əskinaslarının və sikkələrin etibarlılığının müəyyən edilməsi meyarlarına cavab verdikdə) istifadə etmələri tələb olunur”, - Milli Bank bildirib.

Print Email
FaceBook Twitter Google