“Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə
mənfi təsir edir, lakin sərhədlərin açılması
risklidir”.
Bunu Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev deyib.
“Quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ
deyil. Azərbaycan 60-dan çox ölkə ilə hava sərhədlərini açıb.
Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və
həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlər tətbiq olunur. Dövlət
hansı risklərin qayıda biləcəyini hesablayır. Biz Dövlət Turizm
Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin
biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz
Gürcüstanla quru sərhədləri açsaq, yoluxma və ölüm faktı
çoxalacaqsa bu, dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda
yoluxma sayı çoxdur. Dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı
düşünür və müvafiq proses ardıcıl olaraq
aparılmalıdır”, - o qeyd edib.