"Azərbaycan xalqının bəxti gətirib ki, Heydər Əliyev
kimi müdrik siyasətçisi və rəhbəri olub".
Bunu Gürcüstan parlamentinin keçmiş sədri Nino Bucanadze Tbilisidə
ulu öndər Heydər Əliyevə həsr olunan fotosərgidə çıxışında
deyib.
Onun sözlərinə görə, Gürcüstanın da bəxti gətirib ki, H.Əliyev kimi
böyük dostu olub.
Siyasətçi bildirib ki, ümummilli liderlə görüşləri olub və onunla
bağlı xatirələri yaddaşından heç zaman silinməyəcək:
"Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdırılan zaman bir
sıra basqılar oldu. Lakin Heydər Əliyev boru kəmərinin Gürcüstan
ərazisindən keçməsinə nail oldu".
N.Burcanadze qeyd edib ki, Gürcüstanın ən ağır anlarında Heydər
Əliyev və Azərbaycan gürcü xalqının yanında dayanıb:
"Onu şəxsən tanıdığıma görə qürur duyuram. Nə yaxşı ki,
Heydər Əliyevin İlham Əliyev kimi layiqli davamçısı var. Azərbaycan
Prezidenti xalqının sevgisinə layiqdir. Ərazi bütövlüyünü bərpa
etməklə o, xalqın böyük arzusunu yerinə yetirdi. Əminəm ki,
Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirilməyəcək. Din və
dilimiz ayrı olsa da, gürcü və Azərbaycan xalqlarını möhkəm dostluq
bağlayır".
Mənbə: report.az