Marneulidə ilin sonuna qədər Kostava küçəsinə (hərbi hissənin) yolun çəkilməsi planlaşdırılır
Marneulidə, Kostava küçəsində (hərbi hissə) avtomobil yolunda yolun üst qatının bərpasını nəzərdə tutan davamlı təmir işləri aparılır. Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Gürcüstan Avtomobil Yolları Departamentindən “Marneuli” radiosuna verilən məlumata görə, layihə dövlət büdcəsindən maliyyələşdirilir və ümumilikdə 672 000 lari təşkil edir.

İşləri “Geu Group” şirkəti həyata keçirir və ilin sonuna qədər layihənin başa çatdırılması planlaşdırılır.

Avtomobil Yolları Departamenti tərəfindən tender elan olunub və Poniçala-Marneuli-Ququti yolunun 30-37 kilometrliklərində bərpa işləri planlaşdırılır. Qeyd olunan layihənin təxmini smeta dəyəri 7 436 556 laridir.

Print Email
FaceBook Twitter Google