BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunda çıxışı
zamanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb.
Bu barədə RİA “Novosti” xəbər verir.
“Biz hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya
planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının
avtoritetini möhkəmləndirməklə növbəti pandemiyaya
hazırlaşmalıyıq”, - A. Quterreş videomüraciətində
bildirib.
O, həmçinin mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər
əsaslarla mübarizə aparmağa çağırıb. A. Quterreş xatırladıb ki, ÜST
daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu
ilin ortasında isə 70%-ni peyvənd olunması ilə bağlı strategiyasını
açıqlamışdı:
“Biz bu məqsədlərdən uzağıq. Bu utancvericidir, lakin yüksək
gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə
yüksəkdir. Peyvəndlərin paylanmasında ədalətə ehtiyacımız
var”.
Baş katibin qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar
COVAX mexanizmi ilə peyvəndlərin tədarükünə üstünlük verməli və
bütün dünyada yerli testlərin, peyvəndlərin və müalicə
vasitələrinin istehsalını dəstəkləməlidirlər.