Avstriyada peyvənd məcburi olur - lazımi halda cərimə planlaşdırılır
Avstriya Avropada 18 yaşdan yuxarı vətəndaşlar üçün koronavirus peyvəndini məcburi edən ilk ölkədir. Bu barədə ölkənin kansleri Karl Nehammer müvafiq qanun layihəsini təqdim edərkən bildirib.

Parlamentdə səsvermə yanvarın 20-nə təyin edilib. İki hakim partiyadan olan deputatların əksəriyyəti sənədi təsdiqləmək üçün kifayət edəcək.

“Bu ilin fevral ayının əvvəlinə qədər qanun qəbul olunmalı və ölkədə keçid mərhələsi başlayacaq. İnsanlara imkan olacaq və onlara müəyyən vaxt veriləcək ki, ayağa qalxıb onlara lazım olan məlumatı əldə etsinlər. Birinci mərhələdən sonra, yəni martın ortalarında biz hüquq-mühafizə orqanlarının monitorinqinə başlayacağıq. Bundan sonra polis vətəndaşların peyvənd sertifikatının olub-olmadığını yoxlaya biləcək və müvafiq sanksiyalar tətbiq olunacaq",
- deyə Avstriya kansleri bildirib.

Euronews xəbər verir ki, hamilə qadınlar və səhhətinə görə peyvəndin zərərli olduğu və müvafiq sertifikatı olan şəxslər öhdəlikdən azad edilir. Qalanları, təcili olduğu təqdirdə, qanun layihəsinə görə, 600 avrodan başlayan və maksimum məbləği 3,6 min avroya qədər miqdarda cərimələnəcək.

Ölkədə bu qərarla bağlı fikirlər müxtəlifdir, bir tərəf bunun düzgün və məntiqli olduğunu, qanun layihəsinin əleyhdarları isə onların azadlıq və seçim hüququndan məhrum edildiyini bildirir.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google