Ən azı bu ilin sonuna qədər qaz tariflərinə yenidən baxılacağını gözləmirik - David Narmania
Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) bu il təbii qaz tarifinə yenidən baxılacağını gözləmir. Bu barədə BMG-yə GNERC-in sədri Davit Narmania məlumat verib.

Onun sözlərinə görə, indiki mərhələdə Gürcüstanda qaz tarifinə yenidən baxılması üçün heç bir ilkin şərt yoxdur.

"Gürcüstan Azərbaycanla ikitərəfli razılaşmada təbii qazın qiymətlərini müəyyən etdiyindən, bu, dünya bazarında və xüsusən də Avropa bazarında qazın qiymətinin artması ilə birbaşa bağlı deyil”, - deyə David Narmania bildirib.

Xatırlatmaq istərdik ki, ötən il iyunun 1-dən “Tbilisi Energy” müştəriləri üçün təbii qaz 8 tetri bahalaşıb. İstehlakçı tariflərinin artırılması şirkətin özünün istəyi ilə olub. Regionlara gəlincə, burada əvvəllər qüvvədə olan tarif saxlanılıb. Özəl sektor üçün tarifləri qazpaylayıcı şirkətlər müəyyən edir.

Mənbə: BM


Print Email
FaceBook Twitter Google