Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC)
bu il təbii qaz tarifinə yenidən baxılacağını gözləmir. Bu barədə
BMG-yə GNERC-in sədri Davit Narmania məlumat verib.
Onun sözlərinə görə, indiki mərhələdə Gürcüstanda qaz tarifinə
yenidən baxılması üçün heç bir ilkin şərt yoxdur.
"Gürcüstan Azərbaycanla ikitərəfli razılaşmada təbii
qazın qiymətlərini müəyyən etdiyindən, bu, dünya bazarında və
xüsusən də Avropa bazarında qazın qiymətinin artması ilə birbaşa
bağlı deyil”, - deyə David Narmania bildirib.
Xatırlatmaq istərdik ki, ötən il iyunun 1-dən “Tbilisi Energy”
müştəriləri üçün təbii qaz 8 tetri bahalaşıb. İstehlakçı
tariflərinin artırılması şirkətin özünün istəyi ilə olub.
Regionlara gəlincə, burada əvvəllər qüvvədə olan tarif saxlanılıb.
Özəl sektor üçün tarifləri qazpaylayıcı şirkətlər müəyyən edir.