Şüşə laboratoriyada yeni jurnalist cinsləri yetişdiriblər? - Saakaşvili məcburi köçkünün ölüm işinə münasibət bildirib
Məhkum edilmiş üçüncü prezident Mixeil Saakaşvili Tbilisinin dənizkənarı qəsəbəsindəki keçmiş “Kartli” sanatoriyasında məskunlaşan məcburi köçkünün intiharına münasibət bildirib və “Dövlət Televiziyasının” jurnalistlərini tənqid edib:

“Dünən həyatına intihar edərək son qoyan məcburi köçkün Zurab Çiçoşvilinin faciəsi məni sarsıtdı.
Bütün gecəni yata bilmədim və televizoru dövlət kanallarıa çevirdim. Az qala ürəyimi bulandırdı. Onlar yekdilliklə mərhumu gözdən salmaqla məşğul oldular - o, alkoqol və psixopat, qalan məcburi köçkünlər isə fırıldaqçı elan edildi.

Bu reportajları hazırlayan jurnalistlərin ümumiyyətlə ürəyi yoxdur, yoxsa şüşə laboratoriyada yeni jurnalist cinsləri yetişdirirlər?”,
- deyə Saakaşvili yazıb.
__________________________________________
Yanvarın 16-da yerli əhalinin verdiyi məlumata görə, sanatoriyada məskunlaşan məcburi köçkünlərdən biri etiraz əlaməti olaraq mənzilindən atılaraq ölüb.
Sanatoriyada məskunlaşan məcburi köçkünlər binanın qəzalı vəziyyətdə olduğunu, orada yaşayışın təhlükəli olduğunu deyərək bir neçə gündür etiraz aksiyası keçirir və alternativ yer tələb edirlər.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google