Məhkum edilmiş üçüncü prezident Mixeil Saakaşvili Tbilisinin
dənizkənarı qəsəbəsindəki keçmiş “Kartli” sanatoriyasında
məskunlaşan məcburi köçkünün intiharına münasibət bildirib və
“Dövlət Televiziyasının” jurnalistlərini tənqid edib:
“Dünən həyatına intihar edərək son qoyan məcburi köçkün Zurab
Çiçoşvilinin faciəsi məni sarsıtdı.
Bütün gecəni yata bilmədim və televizoru dövlət kanallarıa
çevirdim. Az qala ürəyimi bulandırdı. Onlar yekdilliklə mərhumu
gözdən salmaqla məşğul oldular - o, alkoqol və psixopat, qalan
məcburi köçkünlər isə fırıldaqçı elan edildi.
Bu reportajları hazırlayan jurnalistlərin ümumiyyətlə ürəyi yoxdur,
yoxsa şüşə laboratoriyada yeni jurnalist cinsləri
yetişdirirlər?”, - deyə Saakaşvili yazıb.
__________________________________________
Yanvarın 16-da yerli əhalinin verdiyi məlumata görə, sanatoriyada
məskunlaşan məcburi köçkünlərdən biri etiraz əlaməti olaraq
mənzilindən atılaraq ölüb.
Sanatoriyada məskunlaşan məcburi köçkünlər binanın qəzalı
vəziyyətdə olduğunu, orada yaşayışın təhlükəli olduğunu deyərək bir
neçə gündür etiraz aksiyası keçirir və alternativ yer tələb
edirlər.