Stopcov.ge-də dərc edilən məlumata görə, intensiv testlər
çərçivəsində son 24 saat ərzində ölkə üzrə 56 367 test,
o cümlədən 38 892 antigen testi və 17 475 PCR testi aparılıb.
Testlər nəticəsində son 24 saat ərzində 7521 yeni təsdiqlənmiş
virusa yoluxma faktı aşkar edilib. Ölkədə Covid-19 pandemiyasının
başlanmasından bəri təsdiqlənmiş halların ümumi sayı 1 006
864-dür.
Müsbət göstəriciyə gəlincə, yanvarın 17-nə gündəlik müsbət
göstərici 13,34%, son 14 gündə 10%, 7 gün ərzində isə 10,26% təşkil
edir.
Son 24 saat ərzində 3160 nəfər virusdan sağalıb və onların sayı 934
667 nəfərə çatıb.
Son 24 saat ərzində koronavirusdan 31 yeni ölüm faktı qeydə alınıb.
Pandemiyanın yayılmasından bəri ümumilikdə 14 512 nəfər virusdan
dünyasını dəyişib.
Bu gün ölkədə aşkarlanan 7521 yeni yoluxma hadisəsindən: Tbilisidə
4171, Acarıstanda - 801, İmeretidə - 792, Kvemo Kartlidə - 285,
Şida Kartlidə - 380, Quriyada - 193, Sameqreloda - Zemo Svanetixdə
- 302, Kaxetidə - 263, Mtsxeta - Mtianeti - 171, Samtsxe-Cavaxeti -
108, Raça-Leçxumi və Kvemo Svaneti -55 hal aşkarlanıb.
Hazırda aktiv yoluxma halları 57 659-dur, bunlardan:
Tbilisidə 1864, Acarıstanda 614, İmeretidə 827 olmaqla 4465 nəfər
xəstəxanalarda müalicə olunur.
Bu mərhələdə Tbilisidə 440, Acarıstanda 136, İmeretiyada 250
olmaqla 1015 nəfər ağır xəstədir. Süni tənəffüs aparatında 285
nəfər var ki, onlardan Tbilisidə 168, Acarıstanda 45, İmeretidə 22
nəfərdir.
Klinik mehmanxanalarda 2050 nəfər, o cümlədən Tbilisidə 1233,
Acarıstanda 581 nəfər yerləşdirilib.
51 144 nəfər yaşayış mənzilində virusdan müalicə olunur.
44 nəfər Tbilisidə, 6 nəfər isə Acarıstanda olmaqla 50 nəfər
karantin zonalarına yerləşdirilib.
6 oktyabr 2020-ci il tarixindən bu ilin yanvarın 17-dək dövlət
sərhədindən karantin zonalarına ümumilikdə 25 299 nəfər
köçürülüb.