Polis Marneulidə bir nəfəri saxlayıb (FOTO/VİDEO)
Bu gün, 18 yanvar tarixində saat 13:00 radələrində Marneuli şəhərinin Rustaveli küçəsində orta yaşlı bir nəfər polis tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşları saxlanılan şəxsin üzərində və idarə etdiyi “Opel Corsa” markalı avtomobilində axtarış aparıb.

Onun narkotik cinayətinə görə saxlanıldığı güman olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almağa çalışırıq.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google