Marneuli yerli özünüidarəsi reklam və məlumat banerlərinin montajı
və sökülməsi üçün tender elan edib.
Tenderin şərtlərinə görə, Marneuli meriyası 2022-ci il ərzində
banerlərin montajı və sökülməsi üçün 12 220 lari ödəməyi
planlaşdırır.
“Xidmət (montaj və sökülmə ilə birlikdə) qalib şirkət
tərəfindən, onların xərcləri ilə, müqavilə bağladıqdan 31 dekabr
2022-ci il tarixinə qədər, mərhələli şəkildə, hər konkret tələbdən
ən gec 24/48 saat ərzində həyata keçiriləcək. Namizəd ən azı
banerin montajı-sökülməsini nəzərdə tutmalıdır”, –
tender təklifində qeyd olunub.
Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, bu kimi tender hər
il elan olunur ki, meriya müxtəlif bayramlarda təbrik banerləri
yerləşdirsin.
Marneuli meriyası banerlərin montajı və sökülməsi üçün tenderi 18
yanvar tarixində elan edib. Tenderdə iştirak etmək istəyən
şirkətlər 24 yanvardan 26 yanvara qədər təkliflərini təqdim edə
bilərlər.