Marneuli meriyası 2022-ci ildə banerlərin montajı və sökülməsinə 12 220 lari ödəməyi planlaşdırır
Marneuli yerli özünüidarəsi reklam və məlumat banerlərinin montajı və sökülməsi üçün tender elan edib.

Tenderin şərtlərinə görə, Marneuli meriyası 2022-ci il ərzində banerlərin montajı və sökülməsi üçün 12 220 lari ödəməyi planlaşdırır.

“Xidmət (montaj və sökülmə ilə birlikdə) qalib şirkət tərəfindən, onların xərcləri ilə, müqavilə bağladıqdan 31 dekabr 2022-ci il tarixinə qədər, mərhələli şəkildə, hər konkret tələbdən ən gec 24/48 saat ərzində həyata keçiriləcək. Namizəd ən azı banerin montajı-sökülməsini nəzərdə tutmalıdır”, – tender təklifində qeyd olunub.

Meriyadan “Marneuli” radiosuna bildirdilər ki, bu kimi tender hər il elan olunur ki, meriya müxtəlif bayramlarda təbrik banerləri yerləşdirsin.

Marneuli meriyası banerlərin montajı və sökülməsi üçün tenderi 18 yanvar tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 yanvardan 26 yanvara qədər təkliflərini təqdim edə bilərlər.

"Marneuli" Radiosu
Print