2021-ci ildə Bolnisi Bələdiyyəsində 5.651.428 lari dəyərində yol
infrastrukturu qurulub. Məlumatı Bolnisi Bələdiyyəsi yayıb.
Məlumata görə, 2021-ci ildə Bolnisi Bələdiyyəsində yol
infrastrukturunun və drenaj şəbəkəsinin tikintisinə 5 milyon 651
min 428 lari xərclənib. Keçən il Bolnisi bələdiyyəsində ümumilikdə
11 kilometr yol infrastrukturu çəkilmişdir.
14 yerdə səki, asfalt və beton yollar çəkilib. 2021-ci ildə Baliçi,
Ratevani, Raçisubani, Naxiduri kəndlərində asfalt örtüyü salınıb,
buna 1 616 736 lari xərclənib. Talaver, Kvemo Bolnisi, Muşevan və
köhnə Kveşidə 1.989.744 lari dəyərində beton yol
abadlaşdırılıb.
Ötən il Bolnisidə, Tsurtaveli, Parnavaz Mepe, Rustaveli və Vaxtanq
Qorqasali küçələrində 2135 metr uzunluğunda daş yol çəkilmişdir.
Qeyd olunan layihələr Regionlarda İcra olunacaq Layihələr Fondu və
yerli büdcə hesabına birgə maliyyələşdirilib və ümumi dəyəri 2 031
063 lari təşkil edib.
Mənbə: tv4.ge