Bolnisi Bələdiyyəsində ümumilikdə 11 kilometr yol infrastrukturu qurulub
2021-ci ildə Bolnisi Bələdiyyəsində 5.651.428 lari dəyərində yol infrastrukturu qurulub. Məlumatı Bolnisi Bələdiyyəsi yayıb.

Məlumata görə, 2021-ci ildə Bolnisi Bələdiyyəsində yol infrastrukturunun və drenaj şəbəkəsinin tikintisinə 5 milyon 651 min 428 lari xərclənib. Keçən il Bolnisi bələdiyyəsində ümumilikdə 11 kilometr yol infrastrukturu çəkilmişdir.

14 yerdə səki, asfalt və beton yollar çəkilib. 2021-ci ildə Baliçi, Ratevani, Raçisubani, Naxiduri kəndlərində asfalt örtüyü salınıb, buna 1 616 736 lari xərclənib. Talaver, Kvemo Bolnisi, Muşevan və köhnə Kveşidə 1.989.744 lari dəyərində beton yol abadlaşdırılıb.

Ötən il Bolnisidə, Tsurtaveli, Parnavaz Mepe, Rustaveli və Vaxtanq Qorqasali küçələrində 2135 metr uzunluğunda daş yol çəkilmişdir. Qeyd olunan layihələr Regionlarda İcra olunacaq Layihələr Fondu və yerli büdcə hesabına birgə maliyyələşdirilib və ümumi dəyəri 2 031 063 lari təşkil edib.

Mənbə: tv4.ge
Print