“Cənubi Qafqazın üç müstəqil ölkəsi - Azərbaycan,
Gürcüstan və Ermənistanın ərazi bütövlüyü bölgədə sülhün
gələcəyidir”.
Bunu Tbilisidə Rondeli Fondunun keçirdiyi konfransda çıxış edən
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin
sədri Fərid Şəfiyev deyib.
Onun sözlərinə görə, II Dünya müharibəsindən sonra Avropa
təcrübəsinə nəzər salınsa, ərazi bütövlüyü məsələsinin Avropa
təhlükəsizliyinin fundamenti olduğunu görərik:
“Digər
önəmli məqam azlıqların müdafiəsindən ibarətdir. Burada biz
Qarabağda yaşayan erməniləri nəzərdə tuturuq. Biz onların
Azərbaycan cəmiyyətinə reinteqrasiyası barədə düşünürük və buna
hazırıq”.
F.Şəfiyev qeyd edib ki, Azərbaycan həmçinin Ermənistanda yaşayan
azərbaycanlıların məsələsini də qaldırmaq istəyir:
“Əgər ermənilər Azərbaycanda yaşayırlarsa, inanırıq ki,
azərbaycanlılar da vaxtilə olduğu kimi, Ermənistanda yaşaya
biləcəklər. Bütövlükdə, regionda gələcək sülh Cənubi Qafqazda
vaxtilə mövcud olmuş etnik mozaykanın bərpasından
keçir”.