BMTM rəhbəri Gürcüstanın regional təşəbbüsünə münasibət bildirib
“Azərbaycan işğal faktorunu aradan qaldırıb və regional əməkdaşlığa hazırdır. “3+3” formatı da region ölkələri və bütün qonşularla əməkdaşlığa yönəlib”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bölgədə “Dinc Qonşuluq Təşəbbüsü”nü şərh edərkən deyib.

Onun sözlərinə görə, son aylar ərzində atılan addımlar Azərbaycanın praktiki olaraq dinc qonşuluq siyasətini həyata keçirdiyini göstərir.

F.Şəfiyev qeyd edib ki, Gürcüstan “3+3” formatına dəvət olunub və ölkənin təşəbbüsə qoşulmamasının səbəbi bəllidir: “Qapılar açıqdır və Gürcüstan nə zaman münasib bilsə, formatda təmsil oluna bilər. Azərbaycan Gürcüstanla birbaşa və Türkiyə ilə birgə üçtərəfli formatda əməkdaşlığını davam etdirəcək”.

Mənbə: report.az
Print