“Regionda daha çox əməkdaşlıq formatlarının təsis
edilməsi üçün vaxt yetişib”.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid
Şəfiyev Tbilisidə keçirilən təhlükəsizlik konfransında deyib.
O, qeyd edib ki, Azərbaycan Gürcüstanın “3+3” platformasına
qoşulmamaqla bağlı narahatlıqlarını başa düşür, lakin dialoq qapısı
Gürcüstan üçün hər zaman açıq qalacaq.
F. Şəfiyev qeyd edib ki, Azərbaycan öz tərəfdaşı olan Gürcüstanın
ərazi bütövlüyünü hər zaman sadəcə sözlərlə deyil, fəaliyyəti ilə
də təsdiqləyib.
Mənbə: apa.az