Fərid Şəfiyev: ““3+3” platformasının qapısı Gürcüstan üçün hər zaman açıq qalacaq”
“Regionda daha çox əməkdaşlıq formatlarının təsis edilməsi üçün vaxt yetişib”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Tbilisidə keçirilən təhlükəsizlik konfransında deyib.

O, qeyd edib ki, Azərbaycan Gürcüstanın “3+3” platformasına qoşulmamaqla bağlı narahatlıqlarını başa düşür, lakin dialoq qapısı Gürcüstan üçün hər zaman açıq qalacaq.

F. Şəfiyev qeyd edib ki, Azərbaycan öz tərəfdaşı olan Gürcüstanın ərazi bütövlüyünü hər zaman sadəcə sözlərlə deyil, fəaliyyəti ilə də təsdiqləyib.

Mənbə: apa.az
Print