““3+3” Rusiya, İran və Türkiyənin Azərbaycan,
Ermənistan və Gürcüstana qarşı platforması deyil.
Bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan
Tbilisidə Rondeli Təhlükəsizlik Konfransının “2020-ci il Dağlıq
Qarabağ müharibəsi sonrası Cənubi Qafqazda güc balansı” adllı
sessiyasında bildirib.
Diplomat qeyd edib ki, bu format ölkələr arasında müxtəlif
məsələlərə dair əməkdaşlığı nəzərdə tutur.