Vəkillər Saakaşvilinin zərərçəkmiş kimi tanınması xahişi ilə prokurorluğa müraciət ediblər
Mixeil Saakaşvilinin vəkilləri onun zərərçəkmiş kimi tanınması ilə bağlı Prokurorluğa ərizə ilə müraciət ediblər.

Saakaşvilinin vəkillərindən olan Nika Qvaramianın sözlərinə görə, onlar Saakaşvilinin qeyri-insani və ləyaqəti alçaldan rəftarın qurbanı elan olunmasını tələb edirlər.

“Bizim üçün ilk növbədə Dövlət Müfəttişinin xidmətində olan bütün istintaq materialları ilə tam tanış olmaq vacibdir. Biz dövlət müfəttişi ilə material mübadiləsi aparırıq, amma elə materiallar var ki, onlara əlimiz çatmır.

Əvvəla, bu, bu qeyri-insani rəftarı, işgəncəni göstərən tam marşrutun bütöv bir videosu: yerləşdirmə, köçürmə, yolda baş verənlər və s. Mən də Dövlət Müfəttişini və Xalq Müdafiəçisini bu məsələ ilə bağlı mövqe bildirməyə çağırıram, arzu olunandır ki, bu mövqe onlar tərəfindən ictimai şəkilə bildirilsin”,
- deyə Qvaramia bildirib.

Qvaramianın sözlərinə görə, onların Saakaşvilinin zərərçəkmiş kimi tanınması ilə bağlı illüziyaları yoxdur və buna görə də dövlət müfəttişini onun videogörüntülərini dərc etməyə çağırırlar, çünki Saakaşvilinin razılığı var.

Qvaramia, paritet əsasında qurulan komissiya tərəfindən ekspert araşdırmasının aparılmasını da tələb etdiklərini bildirib.
Xüsusi Penitensiar Xidmət noyabrın 11-də Mixeil Saakaşvilinin Qldani həbsxanasının xəstəxanasına köçürülməsinin iki videosunu yayıb.

Birinci videoda Mixeil Saakaşvilinin zorla köçürülməsinin görüntüləri əks olunub. Videonun səsi yoxdur və yəqin ki, müşahidə kamerası tərəfindən lentə alınıb.

İkinci video isə həbsxanaya aparılmazdan əvvəl çəkilib. Görüntülərdə Saakaşvilinin Rustavi həbsxanasına qayıtmasını tələb etdiyi və həbsxana xəstəxanasına könüllü daxil olmaqdan imtina etdiyi görünür.

Dövlət Müfəttişliyi Ədliyyə Nazirliyini və Xüsusi Penitensiar Xidməti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının toplanıb açıqlanmasına görə 2000 lari məbləğində cərimələyib.

Bundan başqa, qurumlara Mixeil Saakaşvilinin şəxsi məlumatlarını əks etdirən video və audio-video yazıları Facebook sosial şəbəkəsindən, eləcə də rəsmi saytlardan silmək tapşırılıb.

Lakin yanvarın 17-də Tbilisi şəhər məhkəməsi Xüsusi Penitensiar Xidmət tərəfindən Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı Dövlət Müfəttişinin qərarını ləğv edib. Bu barədə məlumatı Dövlət Müfəttişliyi yayıb.
O cümlədən, şəhər məhkəməsi dövlət müfəttişinin Xüsusi Penitensiar Xidmətin cərimələnməsi barədə qərarını ləğv edib.

Bundan əvvəl Tbilisi şəhər məhkəməsinin yanvarın 11-də daha bir qərarı çıxarılıb, o da Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən açıqlanmasına dair Dövlət Müfəttişinin qərarını ləğv edib.

Mənbə: Netgazeti
Print