Bloknota qeyd olunan problemlər – Zaur Darğallının Şulaveri inzibati ərazi vahidliyində görüşü
Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı əhali ilə daha bir görüş keçirib. Şulaveri inzibati vahidliyində vətəndaşların qəbulu saat 10:00-da başladı.

Demək olar ki, qeyd olunan inzibati vahidlik Marneulidə ən böyüklərdən biridir və doqquz kəndi özündə birləşdirir – Araflı, Axlımahmudlu, Yenikənd, Yuxarı Saral, İmir, İmirçala, Seyidqocalı, Aşağı Saral və Şulaveri.

Zaur Darğallının bizimlə söhbəti zamanı bildirdiyinə görə, əhali əsasən infrastruktur problemləri ilə bağlı müraciət edir.

“Səhərdən əhali tərəfindən kifayət qədər böyük maraq hiss olunur. Demək istəyirəm ki, problemlər əksər hallarda ümumidir. Bu infrastruktur, meliorasiya məsələləri, suvarma suyu problemləri və sosial məsələlərə bağlıdır. Biz problemlərin ünvanına çatdırılması üçün əlimizdən gələni edəcəyik və vətəndaşlarla birlikdə bu problemin həllinə çalışacağıq. Suvarma suyu, təəssüf ki, problem olaraq qalır. Bu kanalların təmizlənməsi, suyun səviyyəsinin aşağı olması məsələsidir. Bu istiqamətdə özünüidarə də Meliorasiya Xidməti ilə birlikdə işə qoşulacaq ki, problemlərin həll edilməsi üçün yerli səviyyədə müxtəlif işlər həyata keçirək”, – Zaur Darğallı bildirdi.



Mehdi Qurbanov Zaur Darğallı ilə görüşə gələnlərdən biridir. O, bildirdi ki, kəndin əsas problemi idman zalıdır.





Parlamentin deputatı bir müddət fasilədən sonra, 17 yanvar tarixində, kəndlərə səfərləri bərpa edib. Birinci görüş Dəmyə-Görarxı inzibati vahidliyində, ikinci görüş isə Şulaveridə keçirilib. Zaur Darğallı düşünür ki, bu kimi görüşlər problemlərin daha təcili surətdə həll edilməsində mühüm rol oynayır.



Print Email
FaceBook Twitter Google