Poniçalada polis əməkdaşının döyülməsi ilə bağlı 3 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən AzadlıqRadiosuna verilən məlumata görə, Tbilisinin Poniçala qəsəbəsində polis əməkdaşının döyülməsi ilə bağlı 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma - 120-ci maddəsi ilə araşdırma aparılır.

Məlumata görə, hadisə yanvarın 17-də mağazaların birində baş verib. Polis mülki geyimdə olub.

Mənbə: radiotavisupleba.ge
Print