Ötən il Gürcüstan Azərbaycandan 600,1 milyon kilovatt/saat həcmində
elektrik enerjisi tədarük edib.
Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya
operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, 2020-ci illə müqayisədə həcmdə 17,3 % azalma qeydə
alınıb.
Hesabat ilində Gürcüstan ümumilikdə 2006,2 milyon kilovatt/saat
həcmində elektrik enerjisi idxal edib ki, bunun da 30 %-ni
Azərbaycan təmin edib.
2021-ci ildə Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü Rusiya
(1244,9 milyon kilovatt/saat) olub. Gürcüstanın Türkiyədən aldığı
elektrik enerjisinin həcmi isə 161,2 milyon kilovatt/saata bərabər
olub.
Mənbə: report.az