Gürcüstanda “Omikron”a yoluxma halları 1 400-ü ötüb
Hazırkı dövrədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 1 419 yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Gürcüstanda hazırda COVID-19-a yoluxma hallarının 70 %-i “Omikron”un payına düşür. Tbilisidə isə bu göstərisi 80 % təşkil edir.

Yanvarın sonu - fevralın əvvəlində Gürcüstanda yeni ştama yoluxma hallarının pik həddə çatacağı gözlənilir.

Qeyd edək ki, ölkədə “Omikron”a ilk yoluxma halı ötən ilin dekabrın 20-də təsdiqlənib.

Mənbə: report.az
Print