Koronavirus xəstəsi tibb bacısını boyun və üzündən yaralayıb - Assosiasiya
Həkimlərin Hüquqlarını Müdafiə Assosiasiyasının məlumatına görə, regional klinikaların birində 50 yaşadək kişi tibb bacısına hücum edib.

Assosiasiyanın prezidenti Salome Loluanın bu gün, yanvarın 21-də keçirdiyi brifinqdə dediyi kimi, ümumilikdə pandemiya zamanı tibb işçilərinə qarşı zorakılıq halları daha tez-tez baş verib. Belə hallardan biri ötən il dekabrın 21-də baş verib.

“Səhər saat 5-də reanimasiyada tibb bacısı xəstənin narahat olduğunu hiss edib. O, xəstə ilə maraqlanıb, ona yaxınlaşıb, ona oksigen maskası verib, qanında oksigen konsentrasiyasını müəyyən etmək istəyib. O, saturasiya aparatını götürmək üçün əyilib və bu zaman xəstə onun boynundan və boğazından tutub iti silahla bir neçə dəfə vurub",
- deyə Salome Lolua bildirib.

Onun sözlərinə görə, xəstə tibb bacısının üzünə yaxın nahiyəsindən 2 yara vurub - biri yanaq nahiyəsində, ona yeddi tikiş lazım olub, tüpürcək vəzi zədələnib, digəri isə boğaz nahiyəsində. Bu mərhələdə tibb bacısının sağlamlıq vəziyyəti qənaətbəxşdir.

“Bu xəstə 2 həftə reanimasiyada idi. Tibb bacısı da bu müddət ərzində bir neçə dəfə növbə ilə xəstəyə qulluq etməli olmuşdu”,
- deyə Lolua bildirib və əlavə edib ki, bu mərhələdə assosiasiya xəstənin, tibb bacısının və klinikanın adını çəkməkdən çəkinir. Onun sözlərinə görə, hazırda həmin şəxs 12-ci Cəzaçəkmə Müəssisəsinə köçürülüb, istintaq hələ bitməyib.

Artan zorakılıqdan danışan Lolua onu da qeyd edib ki, özəl klinikalar tez-tez tibb bacılarını səbr etməyə çağırır, lakin bir çox hallarda bu hərəkət cinayətdir.

“Netgazeti”yə Daxili İşlər Nazirliyindən həmin şəxsin həbs olunduğu təsdiqlənib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd edən 19-108-ci maddəsi ilə araşdırma aparılır.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google