Tbilisidəki Qızıl Birjası koronavirus hallarının artması səbəbindən fevralın 1-dək bağlanıb
Tbilisidəki “Qızıl Birjası” fevralın 1-dək bağlanıb. “Qızıl Birja”nın direktoru Eter Kipianinin İnterpressNews-a verdiyi məlumata görə, bağlanmaya səbəb koronavirusa yoluxma hallarının artmasıdır.

"Biz iki həftədən bir koronavirus testi keçiririk və bir çox təsdiqlənmiş halımız var, ona görə də fevralın 1-nə qədər onu bağlamaq qərarına gəldik", - deyə Eter Kipiani bildirib.

Print Email
FaceBook Twitter Google