Tbilisidəki “Qızıl Birjası” fevralın 1-dək bağlanıb. “Qızıl
Birja”nın direktoru Eter Kipianinin İnterpressNews-a verdiyi
məlumata görə,
bağlanmaya səbəb koronavirusa yoluxma hallarının artmasıdır.
"Biz iki həftədən bir koronavirus testi keçiririk və
bir çox təsdiqlənmiş halımız var, ona görə də fevralın 1-nə qədər
onu bağlamaq qərarına gəldik", - deyə Eter Kipiani
bildirib.