Gürcüstanda yetkin əhalinin 42%-i tam, 128 860 nəfər isə “buster” dozası ilə peyvənd olunub
Xəstəliklərə Nəzarət Milli Mərkəzi COVID-19 peyvəndi statistikasını dərc edib.

Yanvarın 23-nə olan məlumata görə ümumilikdə 2 656 703 peyvənd vurulub.

1 318 639 nəfər ən azı 1 doza ilə peyvənd olunub – yəni yetkin əhalinin 45,9%-i; 1 207 073 nəfər tam peyvənd olunub - yetkin əhalinin 42,0%-i.

128 860 nəfər gücləndirici doza ilə peyvənd olunub.

12-15 yaşlı uşaqlarda ən azı 1 doza ilə 3761 (2,12%), 2,611 (1,47%) nəfər isə tam peyvənd edilmişdir.

16-17 yaşlı yeniyetmələr arasında ən azı 1 doza ilə 12.339 (15.22%) peyvənd olunub, 10.750 (13.26%) nəfər isə tam peyvənd olunub.

Yanvarın 22-də isə 4685 peyvənd aparılıb.

Print Email
FaceBook Twitter Google