Sergey Lavrov - Böyük Britaniya Xarici İşlər Nazirliyini təxribat xarakterli hərəkətləri dayandırmağa və cəfəngiyyat yaymamağa çağırırıq
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya Xarici İşlər Nazirliyini təxribat xarakterli bəyanatları dayandırmağa çağırıb. Məlumatı Rusiyanın TASS agentliyi yayıb.

“Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı dezinformasiya anqlo-saksonların başçılıq etdiyi NATO ölkələrinin Ukrayna ətrafında gərginliyi artırdığına bir daha sübutdur. Biz Böyük Britaniya Xarici İşlər Nazirliyini təxribatçı hərəkətlərini dayandırmağa, cəfəngiyyat yaymamağa və diqqətini tatar-monqol boyunduruğunun tarixini öyrənməyə cəmləməyə çağırırıq",
- bəyanatda deyilir.

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi Kremlin Ukraynada rusiyayönlü lider yerləşdirməyi planlaşdırdığını və eyni zamanda Rusiyanın kəşfiyyat xidmətlərinin keçmiş ukraynalı siyasətçilərlə əlaqələr saxladığını bildirmişdi.

Böyük Britaniyanın xarici işlər naziri Liz Tras fevralda Moskvaya səfər edəcək və rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Print Email
FaceBook Twitter Google