Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya Xarici İşlər
Nazirliyini təxribat xarakterli bəyanatları dayandırmağa çağırıb.
Məlumatı Rusiyanın TASS agentliyi yayıb.
“Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı dezinformasiya
anqlo-saksonların başçılıq etdiyi NATO ölkələrinin Ukrayna
ətrafında gərginliyi artırdığına bir daha sübutdur. Biz Böyük
Britaniya Xarici İşlər Nazirliyini təxribatçı hərəkətlərini
dayandırmağa, cəfəngiyyat yaymamağa və diqqətini tatar-monqol
boyunduruğunun tarixini öyrənməyə cəmləməyə
çağırırıq", - bəyanatda deyilir.
Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi Kremlin
Ukraynada rusiyayönlü lider yerləşdirməyi planlaşdırdığını və eyni
zamanda Rusiyanın kəşfiyyat xidmətlərinin keçmiş ukraynalı
siyasətçilərlə əlaqələr saxladığını bildirmişdi.
Böyük Britaniyanın xarici işlər naziri Liz Tras fevralda Moskvaya
səfər edəcək və rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.