Ağ Evin məlumatına görə, Co Bayden Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Milli Təhlükəsizlik Qrupu ilə görüş keçirib
“Prezident Bayden Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərini müzakirə etmək üçün Milli Təhlükəsizlik Qrupu ilə görüşüb”, – Ağ Evin bəyanatında deyilir.

Bəyanatda Rusiyanın işğalının dəhşətli nəticələri olacağı bir daha vurğulanır.

“Bayden təsdiq edib ki, Rusiya Ukraynaya daha çox müdaxilə edərsə, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya sürətli və ağır nəticələr verəcək”, - deyə Ağ Evin bəyanatında bildirilir.

Print Email
FaceBook Twitter Google