Əfqanıstanda partlayış nəticəsində həlak olanlar var
Əfqanıstanın qərbindəki Herat şəhərində partlayış nəticəsində azı 6 nəfər ölüb. Məlumatı Reuters yayıb.

Herat komandiri Malavi Ənsarın sözlərinə görə, 9 nəfər yaralanıb. Partlayışın səbəbi məlum deyil.

Səhiyyə nümayəndəsinin sözlərinə görə, partlayış ictimai nəqliyyatda istifadə olunan mikroavtobusda baş verib və üç yaralının vəziyyəti ağırdır.

Print Email
FaceBook Twitter Google