ABŞ-ın federal qurumlarına hökumət işçilərinin minimum əmək haqqını
saatda 15 dollara qədər artırmaq tapşırılıb.
“Reuters”in məlumatına görə, yeni göstərişi Personal İdarəetmə
İdarəsi (Pİİ) verib.
Personal İdarəetmə İdarəsi açıqlamasında bildirib ki, direktiv
əksəriyyəti Müdafiə, Kənd Təsərrüfatı və Veteranlarla İş
Departamentində çalışan təxminən 70,000 federal işçiyə şamil
ediləcək.
Prezident Joe Biden güclü həmkarlar ittifaqları və yüksək maaşları
prezidentlik kampaniyası üçün prioritetlər adlandırdı və onun
sözlərinə görə, Amerikanın orta sinfini bərpa etməyə və
irqi-iqtisadi bərabərsizliyi aradan qaldırmağa kömək edəcək.
Prezident Bayden hətta keçən il Federal Müqavilə Xidmətində
işçilərin əmək haqqını saatda 15 dollara qədər artırmaq üçün
sərəncam vermişdi.
Personal İdarəetmə İdarəsinin direktoru Kiran Ahuja,
"Hökumətdə saatlıq əmək haqqının ən azı 15 dollara
yüksəldilməsi federal işçi qüvvəsinə və bir millət olaraq
dəyərlərimizə verdiyi qiymətimizi əks etdirir", -
deyə bildirib.
Personal İdarəetmə İdarəsi agentliklərdən yanvarın 30-dək yeni maaş
təyin etməyi tələb edib.