4 nazir koronavirusa yoluxub
Gürcüstan Nazirlər Kabinetinin 4 üzvündə koronavirus aşkarlanıb. Nəticə etibarı ilə, infeksiyaya görə bugünkü hökumət iclasında nazirlərin yalnız bir hissəsi iştirak edib.

Daha dəqiq desək, hökumət administrasiyasının İnterpressNews-a verdiyi məlumata görə, təhsil və elm naziri Mixeil Çxenkeli, infrastruktur naziri İrakli Karseladze, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili və müdafiə naziri Cuanşer Burçuladzedə koronavirus aşkarlanıb.

Mənbə: İnterPressNews
Print