“Ümumiyyətlə, biz regionlarda vaksinasiyanı
genişləndirmək istəyirik.
Biz peyvəndlərə daha aktiv, intensiv başlamaq
istəyirik. Əhaliyə xatırlatmaq istəyirəm ki, biz 50 yaşından yuxarı
olanlara ilk peyvənddədn sonra 200 lari dəyərində həvəsləndirici
əlavə ödəyirik. Biz bu prosesi genişləndirməli və kəndlərə peyvənd
gətirməliyik”, - deyə baş nazir İrakli Qaribaşvili bu
gün hökumətin iclasında deyib.
“Testlər son günlər yüksək gündəlik rəqəmi ortaya
qoydu, lakin ölüm nisbəti 1,4% təşkil edir, kifayət qədər aşağıdır
və bu həftə azalma tendensiyası davam edir.
Maraqlıdır ki, indiyədək yeni aşkarlanmış halların artan
dinamikasına baxmayaraq, indiyədək bütün bunları xəstəxana
sektorunda əks etdirməyib və təzyiq əsasən laboratoriya və ilkin
tibbi yardım səviyyəsindədir.
Həkimlərdən və alimlərdən eşitdiyimiz kimi "omikron" kifayət qədər
zəif olsa da, xüsusilə yaşlı və xroniki xəstəlikləri olanlar üçün
risk yüksəkdir. Bu qruplara daha çox diqqət yetirilməlidir. 50
yaşdan yuxarı olanlara həvəsləndirmə kampaniyasına başlamışıq, 200
lari əlavə həvəsləndirici məbləğ ödəyirik və bu gün mövcud olan
bütün peyvəndlərdən istifadə olunur”, - deyə baş
nazir bildirib.