İordaniyada gürcü mədəniyyət mərkəzinin tikintisi üçün hökumət komissiyası yaradılır
İordaniyada Gürcüstana verilən torpaqlarda gürcü mədəniyyət mərkəzinin tikintisi üçün hökumət komissiyası yaradılır. Bu barədə baş nazir İrakli Qaribaşvili bu gün, yanvarın 24-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Patriarxlığın nümayəndələrindən Şio Muciri də daxil olmaqla komissiyanın işində iştirak etmək xahiş olunub.

“Bildiyiniz kimi, Gürcüstanda 4 min kvadratmetr ərazi İordan çayı yanında, Xilaskarın vəftiz olunduğu yerdən verilib və Gürcüstan Patriarxının xeyir-duası ilə biz bu müqəddəs ərazidə gürcü mədəniyyət mərkəzi tikməyi planlaşdırırıq. Bu məqsədlə biz hökumət komissiyası yaradacağıq və biz konsepsiya, layihə üzərində işə başlayacağıq, sonra tikintiyə keçəcəyik", - deyə Qaribaşvili bildirib.
Yanvarın 19-da baş nazir İrakli Qaribaşvili Gürcüstana İordaniyada İordan çayı yaxınlığında torpaq sahəsi veriləcəyini və burada gürcü mədəniyyət mərkəzi tikməyi planlaşdırdığını bəyan edib. Qaribaşvili bu barədə Üçlər Katedralında ibadətdən sonra bildirmişdi. O demişdi ki, bu qərarı İordaniya kralı və şahzadəsi verib.

“Gürcü Arzusu”nun üzvü Zakariya Kutsnaşvili də sözügedən torpaq sahəsinin 2018-ci ildə verilməsindən danışıb. O bildirib ki, İordaniya Krallığı Gürcüstana İordan çayının sahilində torpaq verməyə hazırdır, orada pravoslav kilsəsi tikmək mümkün olacaq.

Mənbə: Netgazeti
Print