Marneuli bələdiyyəsinin dörd məktəbində koronavirusa yoluxma
halları qeydə alınıb. Məktəblərdən biri bağlanıb, üç məktəbin dörd
sinfi isə hibrid təhsil modelinə keçib. Təhsil Resurs Mərkəzinin
nümayəndəsi İrma Davadzenin bildirdiyinə görə, məktəblər üçün
karantin müddəti olaraq 8 gün nəzərdə tutulub.
“6 saylı ictimai məktəb tamamilə distant rejimə keçib.
Saimerlo məktəbinin bir sinfi bağlanıb, Tsereteli və Marneuli 8
saylı ictimai məktəblərindən müxtəlif siniflər distant rejimə
keçib."
Marneuli bələdiyyəsi miqyasında ümumilikdə 74 ictimai məktəb
fəaliyyət göstərir. İndiki mərhələdə heyətin təxminən 70%-i peyvənd
olunub. Ayrıca təhsil müəssisələri var ki, peyvənd olunanların sayı
kifayət qədər azdır.
Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun sözlərinə görə,
sonuncu analizdən sonra Marneulidə heç bir bağçada koronavirusa
yoluxma qeydə alınmayıb. 12 bağçanın hamısı adi rejimdə tədris
prosesinə davam edir. Marneuli bağça heyətinin yalnız 40%-ə yaxını
peyvənd olunub.