Marneulinin dörd məktəbində koronavirus halları qeydə alınıb
Marneuli bələdiyyəsinin dörd məktəbində koronavirusa yoluxma halları qeydə alınıb. Məktəblərdən biri bağlanıb, üç məktəbin dörd sinfi isə hibrid təhsil modelinə keçib. Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadzenin bildirdiyinə görə, məktəblər üçün karantin müddəti olaraq 8 gün nəzərdə tutulub.

“6 saylı ictimai məktəb tamamilə distant rejimə keçib. Saimerlo məktəbinin bir sinfi bağlanıb, Tsereteli və Marneuli 8 saylı ictimai məktəblərindən müxtəlif siniflər distant rejimə keçib."

Marneuli bələdiyyəsi miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. İndiki mərhələdə heyətin təxminən 70%-i peyvənd olunub. Ayrıca təhsil müəssisələri var ki, peyvənd olunanların sayı kifayət qədər azdır.

Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun sözlərinə görə, sonuncu analizdən sonra Marneulidə heç bir bağçada koronavirusa yoluxma qeydə alınmayıb. 12 bağçanın hamısı adi rejimdə tədris prosesinə davam edir. Marneuli bağça heyətinin yalnız 40%-ə yaxını peyvənd olunub.

"Marneuli" Radiosu
Print