21 yanvar tarixində, Marneuli meriyasında “birinci siniflər üçün
akademiya” kitab və dəftərinin Azərbaycandilli versiyasının
təqdimatı keçirilib.
Material məktəbəqədər yaşda olan uşaqlar üçün nəzərdə tutulub.
Dərslik “Etalon”-un aparıcısı, Qoça Tkeşelaşvilinin müəllifliyi ilə
hazırlanıb. O, bizimlə söhbəti zamanı bildirdi ki, ideya pandemiya
dövründə yaranıb və ilk əvvəl gürcüdilli versiya çap olunub.
“Mən şəxsən problemlə qarşılaşmışam. İkinci nəvəm
birinci sinfə getdi və kovid pandemiyasından irəli gələrək, gürcü
dili əlifbasını lazımı səviyyədə mənimsəyə bilmədi. Bunların hamısı
barədə dərindən düşündük və aydın oldu ki, çətindir, ancaq milli,
sosial vəziyyətinə və s. baxmayaraq, hər bir ailə uşağını hazırlaya
bilər. Bu kitab ötən il hazırlandı. İlk dəfə Gürcüstan miqyasında
18 bələdiyyə seçdik”.
Tkeşelaşvili bildirdi ki, kitabın əsas məqsədi gürcü dilinin
tədrisinin əyləncəli və innovativ metodlarıdır. Marneuli,
Qardabani, Dmanisi və Bolnisidə xüsusi yaradılmış qruplar dərsliyin
Azərbaycandilli versiyası üzərində işləməyə başladılar. Həmin
adamlar təhsil sahəsi ilə bağlıdırlar.
“Gördük ki, qeyri-gürcüdilli əhalinin dövlət dilini
öyrənməsi baxımından böyük çatışmamazlıq var. Əgər uşaqlıqdan
dövlət dilini öyrənmək imkanı olarsa, o, tamhüquqlu vətəndaş olmağa
hazır olacaq. Dmanisi, Marneuli, Bolnisi və Qardabani ilə işləməyə
başladıq. Məsələn, məktəblərlə bağlı olan adamlardan ibarət qruplar
yaradıldı. Artıq nəşr üçün hazır olan bu kitab adaptasiya edildi.
Çox yaxşı alındı və ikidilli, gürcü və azərbaycandilli kitab olması
üçün işlər aparılır. Bu məktəbə hazırlıq üçün möhtəşəm ailə kitab
və dəftəri olacaq”.
“Etalon” layihəsinin müəllifinin sözlərinə görə, kitab üçün artıq
Azərbaycandilli mətnlər hazırlanıb və yaxın günlərdə çap olunacaq.
Qoça Tkeşelaşvili bildirdi ki, əgər yerli özünüidarələr özləri
kitab alsalar, daha yaxşı olar və yerli sakinlərə verərlər. O,
düşünür ki, bununla onlar dövlət dilinin tədrisi prosesinə dəstək
olarlar.
“Bu kitab hər ailəyə verilərsə, çox böyük effekti
olacaq. Bağçaların iştirakı da mühümdür. Çünki bağçalar bir növ
bələdçi olacaq. Hər bir ailənin dövlət dilini asan şəkildə
öyrənməsi üçün dönüş nöqtəsi yaranır. Bu kitab iki dildə
hazırlanırsa, təbii ki, həcmi də ikiqat olur və istəyirik hamı üçün
əlçatan olsun. Bələdiyyələr tərəfindən dövlət maliyyəsi də effektiv
xərclənsin və həmin dəyər qalsın. Kitabın dəyəri 25 laridir və
istəyirik ki, gürcü-azərbaycandilli kitabın da qiyməti eyni olsun.
Belə olarsa, özünüidarələr kitabı ala bilsin və ailələrə
paylasınlar (istədiklər halda)”.
Qeyd edək ki, Bolnisi bələdiyyəsi 2021-ci ildə qeyd olunan kitabı
məktəbə hazırlıq qrupunun müəllimlərinə verib. Bolnisi merinin
qərarına görə, gələcək birinci siniflərə “birinci sinif
akademiyasının” gürcü və azərbaycandilli nəşri pulsuz, hədiyyə
olaraq veriləcək.